Heydər Əliyevə həsr edilmiş "Ruhun şad olsun, Ustad!" adlı xatirə gecəsi keçirildi

Hazırda oxunan: Heydər Əliyevə həsr edilmiş "Ruhun şad olsun, Ustad!" adlı xatirə gecəsi keçirildi

135054
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin və "AtaHoldinq" Şirkətlər Qrupunun təşkilatçılığı ilə "Ekcelsuer" otelinin "Afurja" salonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 - cü ildönümünə həsr edilmiş "Ruhun şad olsun, Ustad!" adlı xatirə gecəsi keçirilib. 

Millət vəkilləri, tanınmış qələm sahibləri, qonaqlar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxıblar. Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov Ümummilli liderin mətbuatımızın inkişafına göstərdiyi qayğıdan danışıb. 

Jurnalistlərdən Yusif Kərimov, Məzahir Süleymanzadə, Telli Pənahqızı, Vüqar Rəhimzadə, Bəbir Hüseynov, İntiqam Mehdizadə, Aybəniz Qafarlı, Anar Vəziroğlu, Ənvər Məşədiyev, Şəmsiyyə Kərimova, Rəhman Orxan müxtəlif illərdə ünsiyyətdə olduqları Heydər Əliyevlə bağlı xatirələrini danışıblar. Qonaqlara Azərbaycan Mətbuat Şurasının tövsiyəsi ilə nəşr olunmuş "Ruhun şad olsun, Ustad!", "Prezident Heydər Əliyevin jurnalistika dərsi", "Siz unudulmamısınız" kitabları hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin