Moderator.az-da aprel ayının 21-də “"Rembo"nun atasından Goranboyun icra başçısını bitirəcək ittiham”x9d sərlövhəli yazı yer almışdı.
Həmin yazını bu linkdən oxumaq olar---moderator.az/news/133107.html
Həmin yazıda aprelin əvvəlindəki dörd günlük savaşda qəhrəmanlıq göstərərək ağır yaralanmış “Rembo”x9d ləqəbli tankçı-mexanik Razi Cavadovun atasının açıqlaması yer almışdı. Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında koma vəziyyətində olan yaralı tankçının atası yaşadıqları Goranboy rayonunun icra başçısının onlara göstərdiyi biganəlikdən gileylənmişdi.
Yaralı tankçımızın atası bu gün Moderator.az-a yenidən müraciət edərək bir sıra məqamlara aydınlıq gətirib.
Ata Vidadi Cavadov ilk öncə oğlunun hazırkı vəziyyəti ilə bağlı məlumat verib:
“Oğlumun yanından bu gün Goranboya qayıtmışam. Dünən də, bu gün səhər də Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında olmuşam. Həkimi Xəyal doktorun dediklərinə görə oğlumun durumu indi əvvəlkinə nisbətən daha yaxşıdır. Komadan ayılıb, huşu özünə gəlib, ayılanda anasını istəyib. Ancaq özümüz oğlumu görə bilməmişik, yanına buraxmırlar. Oğlumu axırıncı dəfə ayın 10-da Gəncədə əməliyyat olanda görmüşdüm. Tibbi qaydalara uyğun olaraq hələ ki, yanına girmək mümkün deyil”x9d.
Vidadi Cavadov daha sonra saytımızda getmiş müraciətindən danışıb:
“Sizin saytda gedən müraciətdən sonra telefonuma gizli nömrədən zəng vurub mənə hədə-qorxu gəldilər. Mənə dedilər ki, deyəsən sənin başın bədəninə ağırlıq edir. Onlara cavab verdim ki, mən keçmiş döyüşçü olmuşam, birinci Qarabağ müharibəsində erməniyə qan uddurmuşam, sizin öhdənizdən təkbaşına gəlməyə gücüm yetər. Kişiliyiniz çatırsa, mənə açıq nömrədən zəng vurun, o zaman mən sizə sübut edərəm ki, görək kimin başı bədəninə ağırlıq edir. Bunları deyəndən sonra onlara nalayiq söyüşlər verdim. Ondan sonra telefonu söndürdülər və hələ ki, bir daha zəng vurmayıblar.
Ondan sonra mən general-mayor Rasim Əliyevin qəbulunda da oldum. Həmin qəbuldan sonra icra hakimiyyətinə zənglər olunub, zənglərdən sonra isə icra hakimiyyətinin müavini evimizə gəlib. Mən həmin gün evdə olmamışam, Bakıya gəlirdim. İcra başçısının Elçin adlı müavini evdəkilərə 300 manat pul verib. Pulla yanaşı 70-80 manatlıq bazarlıq da edibmiş. Gəlinim ondan əvvəl uşaqları ilə birlikdə icra başçısının qəbuluna getmişdi, ancaq icra başçısı özü onları qəbul etməmişdi. Həmin o bizə gələn Elçin adlı müavini gəlinimlə nəvələrimi qəbul etmişdi. Gəlinimə demişdi ki, icra başçısının sizi qəbul etməyə vaxtı yoxdur, biz də burada yardım paylamırıq, nə vaxt bizə nəsə versələr, o zaman biz də gətirib sizə verəcəyik”x9d.
Yaralı tankçımızın atası onu da əlavə edib ki, Goranboy rayon icra hakimiyyətinin başçısı istisna olmaqla bütün aidiyyati qurumlar onun oğluna, ailəsinə yüksək səviyyədə diqqət göstəriblər:
“Müdafiə Nazirliyindən, Goranboyun deputatı Ağalar Vəliyevdən, Moderator.az saytının rəhbərliyindən yerlə göy qədər razıyam. Oğlum Bakıya hosipatala gətirilən gün Ağalar müəllim özü ora gəldi, həkimlərlə danışdı. Ağalar müəllim hətta həkimlərə öz hesabına oğlumu hansı xarici ölkədə olursa olsun aparıb müalicə etdirməyi təklif etdi. Lakin həkimlər dedi ki, oğlumun Müdafiə Nazirliyinin Hospitalında müalicəsi üçün bütün imkanları var. Həqiqətən də oğluma yüksək səviyyədə müalicə gedir. Mənim bircə narazılığım icra başçısından, bir də kənd ərazi nümayəndəsindəndir. Çünki onlar bir dəfə olsun belə yaralı əsgərin vəziyyəti ilə maraqlanmayıblar, bu da bir valideyn olaraq mənə çox pis təsir edir”x9d.
Vidadi Cavadov sonda ölkə başçısı İlham Əliyevə də müraciət ünvanlayıb:
“Saytınız vasitəsilə cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə müraciət etmək istəyirəm. Xahiş edirəm ki, cənab prezidentimiz keçmiş döyüşçü olaraq, qəhrəmanlıq göstərərərək ağır yaralanmış Razi Cavadovun atası olaraq məni qəbul etsin”x9d.
Rumiyyə






























































































