“Metro açılmayacaq, toylara da icazə verilməyəcək”

Hazırda oxunan: “Metro açılmayacaq, toylara da icazə verilməyəcək”

13499

“Əhali əziyyət çəkir. Metronu açın, toylara icazə verin, idman zallarını açın! Əminəm ki, pandemiya rejiminin tələblərini insanlar pozmayacaqlar. Belə anlaşıldı ki, metro açılmayacaq. Toylara da icazə verilməyəcək. İdman zalları da açılmayacaq”.

Bizim.Media-ya xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa öz feysbuk hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Deputatdan toyların bərpası ilə bağlı TƏKLİF – “Bu sferada hələ də açılımaya gedilmir”


Deputat bildirib ki, ölkədə gerçək vəziyyəti, insanların psixoloji sarsıntısını anlayacaq mütəxəssis sıxıntısı var:

“Əslində bunlar çox sadə məsələdir. Ancaq mürəkkəbləşdirmənin səbəbi var. Bilirsiniz niyə? Operativ Qərargah deyilən mifik bir yerdə vətəndaşların durumunu, ölkədə gerçək vəziyyəti, insanların psixoloji sarsıntısını anlayacaq dünyagörüşünə, təcrübəyə sahib mütəxəssis sıxıntısı var.

Demək heyvandarlıqla məşğul olan bir sahibkar təsərrüfatının genişləndirilməsi və heyvandarlığın inkişaf etdirilməsi üçün landşaf dizayneri ixtisasında xaricdən mütəxəssis dəvət edib ki, gəlib mümkün ixtisaslaşmış fəaliyyəti gerçəkləşdirsin.

Xarici vətəndaşın gəliş-gedişinə Operativ Qərargah icazə verməlidir.

Rəsmi qaydada müraciət edib icazə üçün Operativ Qərargaha. Bu Qərargahın da təsərrüfat nədir, sahibkar nədir bilməyən, isti otaqda oturub vaxında maaşını alan bir sektor müdiri müraciətə cavab verib ki, pandemiya şəraiti olduğuna görə həmin mütəxəssisin gəlməsinə icazə verilmir.

Yəni hörmətli Hacıbala müəllimin işlətdiyi məşhur ifadə vardı ha, təqribən onun kimi bir məntiqə dayanan cavab. Bakının keçmiş meri necə deyirdi:

"Sizi əmin edirəm ki, Bakı Azərbaycanın paytaxtıdır!" Cavabın unukallığına baxın, pandemiya şəraiti olmasaydı, sahibkarın nəyinə lazım idi sizə müraciət etsin?”

Fazil Mustafa bildirib ki,   prezident sahibkarla dəstək göstərməsi üçün göstərişlər veridiyi halda məmurlar iş adamlarına ziyan vurmaqdan ötrü əllərindən gələni edirlər.

“Ölkədə prezident sahibkarların çətin vəziyyətdə olduğunu nəzərə alıb dövlət büdcəsindən onlara yardım edilməsi üçün göstəriş verir, sahibkarlıq subyektlərinin yoxlanılmasının bir il də irəliyə qadağan olunması barədə qanun layihəsini parlamentə göndərir, buradakı məmur isə iş adamına necə ziyan vurum, vətəndaşın işini necə çətinləşdirim deyə ürəyi istədiyi addımı atır. Kimə anladasan, nəyi izah edəsən?”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin