Azərbaycanın ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” Su Elektrik Stansiyasının su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində “Azərenerji” QSC tərəfindən təxirəsalınmaz işləri davam etdirir.
QSC-dən Bizim.Media-ya verilən məlumata görə, 40 il əvvəl tikilən su anbarının daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılaraq suyun səviyyəsinin tənzimlənməsi üçün tikilmiş su tullayıcı qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşmüşdü.
Çünki hər biri 160 metr uzunluqda olan üç bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəldiyindən və beton qatları qırıldığından güclü su sızması hər an qurğunun uçmasına və daşqına səbəb ola bilərdi.
Buna görə də, ötən ildən başlayaraq sutullayıcı qurğuda təmir işlərinə başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:52 / 02.03.2021
“Şəmkir” su anbarında təhlükəli vəziyyət - Problem aradan qaldırılır - VİDEO
Hazırda oxunan: “Şəmkir” su anbarında təhlükəli vəziyyət - Problem aradan qaldırılır - VİDEO
Hazırda oxunan: “Şəmkir” su anbarında təhlükəli vəziyyət - Problem aradan qaldırılır - VİDEO
13496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.