Bakı-Quba yolunda yeni elektron tərəzi açıldı

Hazırda oxunan: Bakı-Quba yolunda yeni elektron tərəzi açıldı

134959

Bu gün Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyində Türkiyənin “ASELSAN” şirkəti ilə birgə yeni texnologiyaya əsaslanan elektron tərəzinin açılışı olub.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Avtomobil yollarının konstruktiv-mühəndisi xüsusiyyətləri nəzərə alınmaqla, I mərhələdə 11 yerdə olmaqla, yolun sağ və sol tərəflərində cəmi 19 tərəzinin quraşdırılması nəzərdə tutulub.

Layihənin 2024-cü ilin oktyabr ayına qədər yekunlaşdırılması planlaşdırılır.

II mərhələdə 20 yerdə avtomobil yollarının sağ və sol tərəflərində 29 tərəzinin quraşdırılması nəzərdə tutulub. Məlumatların vahid mərkəzdə toplanılması üçün tərəzilərin idarəetmə mərkəzinin yaradılması planlaşdırılır. 
Bununla əlaqədar iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin