Vahid Əhmədovdan daha bir qalmaqallı AÇIQLAMA – “Hökumət yəqin ki, bu qərarı verəcək”

Hazırda oxunan: Vahid Əhmədovdan daha bir qalmaqallı AÇIQLAMA – “Hökumət yəqin ki, bu qərarı verəcək”

134887

“Azərbaycan hökuməti, yəqin ki, quru sərhədlərin açılması ilə bağlı qərar verəcək”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanda karantin rejiminin götürülməsi və quru sərhədlərin açılması ilə bağlı məsələyə şərh verərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI

Azərbaycanın quru sərhədləri AÇILA BİLƏR


Onun sözlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı faktiki olaraq pandemiya statusunu ləğv etdi və məsələnin bitdiyini elan etdi:

“Quru sərhədlərinin açılmasının artıq vaxtıdır və buna əlbəttə ki, ehtiyac var. Biz gözləyirdik ki, heç olmaya Gürcüstanla sərhədlər açılar və oradan da istifadə edilə bilər. Yavaş-yavaş bu məsələyə baxılmalıdır. Millət vəkillərinin də çoxu bu məsələyə öz fikrini bildirir. Sərhədlərin açılması həm Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərə bilər, həm də əhalinin gediş-gəlişində problemlər yaranmaz”. 

Quru sərhədlərinin açılması məsələsi hazırda ən çox müzakirə edilən məsələlərdəndir. Pandemiya başlayandan Azərbaycanın quru sərhədləri bağlı saxlanılır. Karantin rejimində virusla bağlı bəzi məhdudiyyətlər zaman-zaman aradan qaldırılsa da, quru sərhədlərlə bağlı verilən qərar 3 ildir dəyişmir.

Rəsmi qurumlar səbəbi hələ də koronovirusa yoluxma təhlükəsi ilə əlaqələndirirlər. Pandemiya statusu isə rəsmən ləğv edildi. 

Qeyd edək ki, ölkədə koronavirusla bağlı karantin rejimi iyulun 1-nə kimi uzadılıb. Karantin rejiminin götürülməsi və quru sərhədlərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin