Plastik cərrahın bağ evində qətlə yetirilməsi ilə bağlı YENİ DETALLAR  

Hazırda oxunan: Plastik cərrahın bağ evində qətlə yetirilməsi ilə bağlı YENİ DETALLAR  

134862

Mayın 7-nə keçən gecə Abşeron rayonu, Novxanıda yerləşən bağ evində tanınmış plastik cərrah Türkan Gündüzün həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı yeni iddialar yayılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, mərhum həkimin ölümündən bir neçə gün əvvəl həyat yoldaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüzün ona xəyanət etməsi ilə bağlı yaxınlarına məlumat verdiyi bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bağ evində öldürülən qadın plastik-cərrah olub - FOTO


Belə ki, iddiaya əsasən, Türkan ərinin evdə çalışan xidmətçi qadınla münasibətini əks etdirən görüntüləri onlara göndərib. Bağ evində çəkildiyi ehtimal edilən həmin video dünən gecədən sosial mediada yayılıb. 

Hadisənin bu görüntülərlə bağlı olub-olmaması, cinayətin konkret hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda açılmış cinayət işinin istintaqı davam etdirilir. 

Qeyd edək ki, ixtisaslı cərrah olan və son illərdə plastik cərrah kimi daha çox tanınan Türkan Yafəs qızı Gündüzün (Hacıyeva) 14 il əvvəl özündən 15 yaş böyük Muhammet Gündüzlə ailə qurduğu və bu izdivacdan iki qızlarının olduğu bildirilir.

Ailədən indiyədək ciddi problemin yaranmadığı, cütlüyün ilin bir hissəsini Türkiyədə, qalan hissəsini Bakıda keçirdiyi bildirilir. T. Gündüz sosial şəbəkə hesablarında da həyat yoldaşı və ailəsi ilə bağlı tez-tez paylaşımlar edib. 
Türkan Gündüz bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin