DİN polis məntəqəsində baş verən partlayışla bağlı məlumat yaydı

Hazırda oxunan: DİN polis məntəqəsində baş verən partlayışla bağlı məlumat yaydı

134817
Zaqatalada polis məntəqəsində partlayış baş verib.

Daxili İşlər Nazirliyindən xa0verilən məlumata görə, mayın 1-də saat 07.30 radələrində Zaqatala xa0RPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılmış, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin