Hadrutda tikinti işləri 2025-ci ildə yekunlaşacaq - FOTO

Hazırda oxunan: Hadrutda tikinti işləri 2025-ci ildə yekunlaşacaq - FOTO

134760

Hadrut qəsəbəsində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan inzibati mərkəzin ümumi sahəsi 4.2 hektar təşkil edir. Burada inzibati bina, bələdiyyə binası və digər qurumların ofisləri olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə bölgəyə səfər edən media mənsublarına Prezidentin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Əli Zeynalov məlumat verib. 

Onun sözlərinə görə, Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin təməli Prezident tərəfindən qoyulub:

“Birinci mərhələdə tikiləcək evlərin sayı 28 ədəd olacaq. Həmin evlər 1,2,3, 4 və 5 otaqlı olmaqla mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək. Bundan başqa qəsəbədə 360 sagird yerlik tam orta məktəb də 2025-ci ilə qədər bərpa olunaraq istifadəyə verilməsi nəzərdə tutulub”. 

Qeyd edək ki, Hadrut qəsəbəsində tikiləcək və bərpa olunacaq obyektlər və ətraf ərazilərin abadlaşması işləri də 2025-ci ildə başa çatması nəzərdə tutulur. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin