Ruhi əsəb xəstəsi polislərə xəsarət yetirdi - YENİLƏNİB 

Hazırda oxunan: Ruhi əsəb xəstəsi polislərə xəsarət yetirdi - YENİLƏNİB 

134713

Paytaxtın Xəzər rayonunda əqli geriliyi olan şəxs polis əməkdaşlarına xəsarət yetirib 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

Bildirilib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli geriliyi olan H.Ağayevin aqressiv hərəkətlərilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib. 
H. Ağayev polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib.


*** 22:14

Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib. 

Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib.  
Bundan başqa o öz qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. 

Fakt araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin