Kafe-restoranlarda ən çox bu qaydalar pozulub

Hazırda oxunan: Kafe-restoranlarda ən çox bu qaydalar pozulub

13469

Fevral ayında AQTA tərəfindən iaşə obyektlərində 18 395 monitorinq həyata keçirilib və 885 nöqsan aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agnetliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri üzrə ən çox nöqsan Səbail rayonunda (20 nöqsan), ən az nöqsan isə Qaradağ rayonunda (2 nöqsan) aşkarlanıb.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 42 müəssisə cərimələndi - TAM SİYAHI


Ən çox rast gəlinən nöqsanlar bunlardır:

İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 734 (83 %);

Masa (2 metr)  və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 107 (12%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 51173 monitorinq həyata keçirilib və 2992 nöqsan müəyyənləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin