“Bu gündən etibarən Türkiyədə Prezident və Böyük Millət vəkilliyi üçün səsvermə qardaş Azərbaycanda başlayıb. Ölkə üzrə 11 minə yaxın vətəndaşımız səsvermə haqqına sahibdir. Bakıda 9, Naxçıvanda 3 və Gəncədə 3 olmaqla, ümumilikde 15 seçki qutusu qurulub. Göründüyü kimi, vətəndaşlarımız səsvermədə aktiv iştirak edirler. Bu ilki sesvermədə seçicilərin aktivlik faizinin əvvəlki illərə nisbətən artacağı təxmin edilir”.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop verib.
Onun sözlərinə görə, səsvermə sonuncu gün 7 may saat 21:00-da tamamlanacaq və nəticələr 14 mayda Türkiyədə səsvermə tamamilə bitdikdən sonra açılaraq hesablanacaq.
Konsul əlavə edib ki, ölkə üzrə qeydiyyatda olan bütün türk vətəndaşları istədikləri nümayəndəlikdə səs verə bilərlər. Recep Öztop qeyd edib ki, vətəndaşlar Azərbaycanda 3 gün – 5, 6 və 7 may tarixlərində saat 9:00-dan 21:00-a kimi səs verə bilərlər.
Seçki məntəqələrində 5 nümayəndə olmaqla müşahidəçilər üçün bütün lazımi şərait yaradılıb. Konsulluqdan verilən məlumata görə, günün birinci yarısında qərb bölgəsində yaşayan və fəaliyyət göstərən 300-ə yaxın Türkiyə vətəndaşı artıq səsvermə hüququndan istifadə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu