İran-Azərbaycan sərhədində yük maşınlarının sayı NİYƏ ARTIB?

Hazırda oxunan: İran-Azərbaycan sərhədində yük maşınlarının sayı NİYƏ ARTIB?

134500

Rüsumların azalması İran-Azərbaycan sərhədində yük maşınlarının hərəkətini artırıb. 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Culfa Gömrük İdarəsinin rəisi Məhəmməd Xəlili məlumat verib. 

O bildirib ki, iki ölkə arasında rüsumlar aradan qaldırılandan sonra yük maşınlarının hərəkətinin sayı çoxalıb: 

“Qarşılıqlı rüsumlar 550 dollardan 50 dollara endirilib və iki ölkədən yük maşınlarının hərəkətinin sayı çoxalıb. Halbuki, iki ölkə arasında rüsumlar aradan qaldırılana qədər hər gün 250-yə yaxın yük maşını sərhədi keçirdi. Hazırda bu rəqəm iki dəfə artıb”. 

Onun sözlərinə görə, gömrük rüsumlarının ləğvi İran-Türkiyə sərhədindəki Bazərqan gömrüyündən keçən yük maşınlarının da Culfa istiqamətinə yönəlməsinə səbəb olub. 

“İran-Azərbaycan sərhədində yük avtomobillərinin hərəkət sürətinin azalmasında ikinci amil Azərbaycan sərhəd-keçidində çalışan əməkdaşların tam müəyyənləşməməsi ilə bağlıdır. Bu da yük maşınlarının qəbulunu ləngidir” -deyə Xəlili əlavə edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin