Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ verilə bilər

Hazırda oxunan: Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ verilə bilər

134494

"Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təkliflərimizi həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də digər aidiyyəti qurumlara göndərmişik". 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib. 

O bildirib ki, burada tam möhlət hüququnun verilməsindən söhbət getmir: 

"Bildiyiniz kimi təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Lakin təklifimizi nə dərəcədə dəyərləndirəcəklərini deyə bilmərəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin