Bərdədə yeni stansiya inşa olunacaq - RƏSMİ 

Hazırda oxunan: Bərdədə yeni stansiya inşa olunacaq - RƏSMİ 

134491

“Bərdə-Ağdam stansiyası 2020-ci il 24 noyabr tarixində cənab Prezident İlham Əliyevin sərəcamına əsasən tikilməyə başlanıb. Ox üzrə yolun ümumi uzunluğu 47.1 km təşkil edir. Yan yollarla birlikdə isə 57.8 km dəmir yolun tikintisi nəzərdə tutulub. Qeyd etdiyimiz rəqəmlərdən artıq 56.9 km salınıb”. 

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Tikintiyə Nəzarət idarəsinin rəhbəri Tural Abbaslı deyib.

O qeyd edib ki, hazırda Ağdam stansiyasında beş yan yol salınıb. Yeganə bir yol dəmir yolu xəttinə gedəcək yolun tikintisi qalıb ki, o da bir kilometr təşkil edir. Bundan başqa layihə üzrə 90 faiz layihələndirmə işləri yerinə yetirilib: 

“Qalan işlər stansiya binalarının tikintisindən ibarətdir. Artıq Bərdə stansiyasının söküntü işlərinə başlanıb. Orada da yeni stansiya inşa olunacaq. Köçərli və Təzəkənd stansiyalarında bünövrələr inşa olunub. Ağdam stansiyasında isə layihələndirmə işləri tamamlanıb. İyulun əvvələrində layihələndirmə işlərini bitirib iyul-avqust aylarında tikinti sahəsinin başlanması gözlənilir. Bundan başqa elektirikləşdirmə və rabitə-siqnal xətlərinin tikilməsi qalır ki, bunun da ilin sonuna qədər təhvil veriləcəyi gözlənilir” - deyə o bildirib. 








Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin