5-6 mayda “Eta-Akvarid” adlı meteor yağışı olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır. İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.
“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq. Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:13 / 05.05.2023
Mayın 5-6-da Yerə meteor yağışı düşəcək
Hazırda oxunan: Mayın 5-6-da Yerə meteor yağışı düşəcək
Hazırda oxunan: Mayın 5-6-da Yerə meteor yağışı düşəcək
134487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.