Ağdam rayonunda tələbələr arasında dahi siyasi xadim, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Mən Əsgərəm" adlı tədbir təşkil olunub. Ağdam dövlət sosial-iqtisadi kollecinin şagirdlərindən ibarət iki qrup tam hərbi geyim və digər döyüş dəstləri ilə təmin edilməklə çöl-meşə şəraitin maneələrlə müşahidə olunan döyüş yürüşü ediblər. Həmçinin şərti düşmən mövqelərinə basqınlar edilib. Azimut üzrə təşkil olunan yürüşdə hər iki qrup aktiv iştirak edərək 6 km məsafədə təyinat nöqtəsinə tam vaxtında gələ biliblər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbir meşə massivində əlavə dərslərlə davam edib.
Burada gələcəyin əsgərlərinə mina və digər döyüş sursatları, habelə atıcı silahlar barədə ətraflı məlumat verilib.
Onlar növbəli şəkildə silahlarla davranış qaydalarını praktiki olaraq nümayiş etdiriblər. Tədbir əsnasında gənclər əfsanəvi kəşfiyyatçılarla görüşüb, onların tövsiyələrini dinləyiblər. Bundan sonra polkovnik-leytenant Elşən Zeynalov və digərləri tələbə gənclərə həvəsləndirici hədiyyələr təqdim edib.
Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktor müavini Məhəmməd Aslanov bu tipli tədbirlərin mütəmadi keçirilməsinə maraqlı olduqlarını, həmçinin orduya daha hazırlıqlı əsgərin getməsində danılmaz töhvə verməsini bildirib.
Bizim.media-nın Qarabağ bürosuna danışan M.Aslanov onlara göstərilən dəstəyə görə Müdafiə Nazirliyinə və Birinci Ordu Birliyinin Komandanlığına öz dərin təşəkkürünü bildirib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:25 / 05.05.2023
Ağdamda tələbələr arasında "Mən Əsgərəm" tədbiri keçirildi – FOTO
Hazırda oxunan: Ağdamda tələbələr arasında "Mən Əsgərəm" tədbiri keçirildi – FOTO
Hazırda oxunan: Ağdamda tələbələr arasında "Mən Əsgərəm" tədbiri keçirildi – FOTO
134464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.