Dövlət əmlakını mənimsəyən vəzifəli şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR

Hazırda oxunan: Dövlət əmlakını mənimsəyən vəzifəli şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR

134460

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.  

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Şirvan Təcrübə Stansiyasının sabiq direktoru Arzu Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla Arzu Hacıyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib ona etibar edilmiş 122 min manatdan artıq dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Arzu Hacıyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin