Ötən gün sosial şəbəkələrdə Bakı küçələrinin birində yol kənarında halsız vəziyyətdə görüntüsü yayılan məktəblinin yeri müəyyən olunub.  
Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib. 
O bildirib ki, 15 yaşlı məktəbli gecə saatlarında tapılıb: 
“O, dünən gecə saatlarında 21 saylı Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb. Hazırda müalicə müəssisəsinə yerləşdirilib”. 
Qeyd edək ki, qurumdan verilən məlumata görə, azyaşlı oğlan daha əvvəl dövlət komissiyası tərəfindən iki dəfə müalicə müəssisəsinə yerləşdirilib, orada müalicə olunub. Müalicəsi bitdikdən sonra xəstəxana tərəfindən valideyninə təhvil verilib.  

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							11:55 / 05.05.2023
							
						Küçədə videosu yayılan azyaşlı TAPILDI - FOTO
						
							
								Hazırda oxunan: Küçədə videosu yayılan azyaşlı TAPILDI - FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Küçədə videosu yayılan azyaşlı TAPILDI - FOTO							
						134458
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































