Şəki məktəbində ÖLÜM OLUB

Hazırda oxunan: Şəki məktəbində ÖLÜM OLUB

134453

Şəkinin Aran kənd məktəbində texniki işçi ürək tutmasından vəfat edib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Aran kənd sakinləri məlumat verib. 

Bildirilib ki, kənd məktəbində texniki işçi kimi çalışan Telman Əzizovun işin sonunda halı pisləşib. Ətrafdakılar ona ilkin tibbi yardım göstərməyə çalışsalar da, bu, mümkün olmayıb.

Hadisə yerinə təcili tibbi xidmətin həkimləri çağırılıb, lakin onlar çatana kimi Telman Əzizov keçinib. Meyitə ilkin baxış zamanı onun ürək tutmadan vəfat ediyi müəyyən olunub. 

Bizim.Media olaraq ötən ay Şəkinin Aran kəndində tibb məntəqəsinin altı aydır qapısının bağlı olması barədə məlumat vermiş və TƏBİB-dən məsələyə münasibət öyrənməyə çalışmışdıq.

Baş verən bu hadisə bir daha göstərir ki, hələ də bu kənddə nə bir tibb işçisi, nə də həkim var. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin