Xəbər verdiyimiz kimi, ötən gün Tərtər rayonunda 20 yaşlı Leyla Məhərrəmova əri tərəfindən qətlə yetirilib. 23 yaşlı Sahib Əlizadə arvadına kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb.
Qonşuları bildirib ki, S. Əlizadə həyat yoldaşının atasının evinə gedərək onu həyətyanı sahəyə çağırıb. Aralarında düşən mübahisədən sonra onu qətlə yetirib.
Bizim.Media xəbər verir ki, bu barədə Xəzər TV-nin süjetində bildirilib.
Qohumlarının məlumatına görə, cütlük boşanma ərəfəsində olub. S. Əlizadə həmçinin qayınanasına da bıçaq xəsarətləri yetirib:
“Qızın anasını da bıçaqla vurub, qolundan yaralayıb. Hadisə ailə münaqişəsi səbəbindən baş verib. İşləri məhkəməyə düşmüşdü, amma hələ ki boşanmamışdılar”.
Qeyd edək ki, Rayon prokurorluğundan hadisənin ötən gün saat 12 radələrində baş verdiyi bildirilib. Faktla bağlı cinayət işi başlanıb. Sahib Əlizadə şübhəli şəxs qismində tutulub, istintaq davam edir.
Bizim.Media