Bakının Nizami rayonunda məişət zəminində bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.
Belə ki, Mirzə Ələkbər Sabir küçəsi 9 ünvanında yaşayan 1966-ci il təvəllüdlü Səfərov Qurbanəli Əli oğlu doğum günü məclisi keçirib. Məclisdə həyat yoldaşı onunla mübahisə edib. Qadın həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Yaralı kişi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Bizim.Media