Cəbrayılda BP ilə günəş enerjisi layihəsinin texniki və kommersiya məsələləri MÜZAKİRƏ OLUNDU

Hazırda oxunan: Cəbrayılda BP ilə günəş enerjisi layihəsinin texniki və kommersiya məsələləri MÜZAKİRƏ OLUNDU

134403

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) və BP şirkəti arasında Cəbrayıl rayonunda həyata keçiriləcək 240 MVt gücündə “Şəfəq” günəş enerjisi layihəsinin texniki və kommersiya məsələləri müzakirə olunub. 

Bizim.Media Agentliyə istinadən xəbər verir ki, bu barədə AREA-nın direktoru Cavid Abdullayev BP-nin nümayəndələri ilə görüşü zamanı bildirilib. 

C. Abdullayev BP şirkəti ilə enerji sahəsində həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. 

Görüşdə BP ilə Cəbrayılda həyata keçiriləcək layihəsinin mövcud vəziyyəti, əsas icra mərhələləri, layihənin icra müddəti və gedişatı nəzərdən keçirilib. 

Hibrid formatda keçirilən görüşdə həmçinin bərpa olunan enerji sahəsinin inkişafı istiqamətində mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin