Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransdan VİDEOREPORTAJ 

Hazırda oxunan: Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransdan VİDEOREPORTAJ 

134348

Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Estetik Tibb, Dermatologiya və Kosmetologiya üzrə 1-ci Beynəlxalq Elmi-praktiki konfrans işə başlayıb. 

Bizim.Media xəbər verir ki, konfrans “Azərbaycan Dermatoveneroloqlar Elmi Cəmiyyəti” və “Azərbaycan Kosmetoloqlar və Plastik Cərrahlar Cəmiyyəti” tərəfindən təşkil olunub.

Konfransda Türkiyə, ABŞ, Rusiya, Gürcüstan, Almaniya və digər ölkələrin tanınmış ekspertləri həmçinin 350-dən çox yerli dermatoloq, plastik-cərrah və kosmetoloqların iştirakı nəzərdə tutulub. 

Qeyd edək ki, tibbi, estetik və kosmetik dermatologiyanın bütün aktual mövzularının müzakirə olunacağı konfrans 5 maya qədər davam edəcək.  

Daha ətraflı hazırladığımız videoreportajda:
 

Səkinə Yusibli, Əfqan Pənahoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin