“Elektron siqaret çəksələr, daha yaxşıdır” – Həkimdən TÖVSİYƏ

Hazırda oxunan: “Elektron siqaret çəksələr, daha yaxşıdır” – Həkimdən TÖVSİYƏ

134326

Son vaxtlar Azərbaycanda elektron siqaretdən istifadəyə maraq artıb. Getdikcə satışı yayılan bu siqaretlərdən artıq xanımlar da istifadə edir. Baxmayaraq ki, bəzi ölkələr elektron siqaretlərin idxalı və satışını qadağan edir. Bu günlərdə potsovet ölkələrində, Avstraliya, İtaliya, Türkiyədə də elektron siqaretdən istifadəyə məhdudiyyət qoyulub. 

Bəs, Azərbaycanda elektron siqaretlərin satışı və istifadəsi niyə artır? Qadağa ölkəmizdə də aktuallaşa bilərmi? Bu siqaretlərin insan səhhətinə fəsadları varmı? 

Tibb eksperti, terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, elektron siqaretin meydana çıxmasında məqsəd insanların nikotindən uzaqlaşdırılmasıdır: 
 

MÖVZU İLƏ BAĞLI:

Elektron siqaret bu təhlükəli xəstəliklərin riskini artırır – XƏBƏRDARLIQ


“Bəzən ağızdan o tüstünün xaric olunması, insanlarda müəyyən qədər nikotinin verdiyi abstlensiyanı azalatmaq üçün yayındırıcı vasitə kimi istifadə olunur. Adətən elektron siqaretlər hazırlanıb buraxılanda, təbii ki, onun tərkibinə qatılmış o tüstünü yarada biləcək maddələr elə seçilir ki, onlar oqranizmə ziyan verməsin. 

İnsanlara elektron siqaretdən istifadəni qadağan etsən, nikotin çəkəcək. Əgər elektron siqaretdən nekotini tərgitmək üçün istifadə edilirsə, buna necə pis demək olar? Məntiqlə düşünsək, elektron siqaret daha faydalıdır. Söhbət ondan gedir ki, elektron siqaretlər sadəcə yayındırıcı xarakter daşıyır”.

Həkim elektron siqaretlərin insan səhhətinə heç bir ziyanı olmadığını vurğulayıb:

“Ziyanlı olan şey niyə istehsal edilsin ki? Siqaret mafiyası ilə məşğul olanların əksəriyyəti elektron siqaretin yayılmasından və bazarlarının bağlanmasından narahat olurlar. Onlar müəyyən vasitələrlə müəyyən platformalarda təbliğatlar apararaq insanlarda sual yaradırlar.

Görəsən, elektron siqareti yoxsa nikotini çəkmək yaxşıdır? Onu da deyim ki, elektron siqareti çəkənlər bir müddət sonra həm ondan, həm də nikotindən azad olacaq. Çünki elektron siqaret obstelensiya vermir. Bunun nəyi pisdir? Əksinə deyərdim ki, elektron siqareti çəksələr, daha yaxşıdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin