“Məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyalarla daim görüşürük”.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
Nazir tanınmış samboçu Mehman Xəlilovun bu yaxınlarda Sumqayıtda məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədərək, onun ölümünə səbəb olmasına münasibət bildirib.
O, hadisəyə görə təəssüf hissi keçirdiyini söyləyib:
“Baş verən hadisə hamımızı şoka saldı. Vəfat edən yeniyetmənin ailəsinə başsağlığı verirəm. Hadisə ilə bağlı istintaq gedir, bunun nəticəsini gözləməliyik”.
Fərid Qayıbov əlavə edib ki, məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması onlar üçün prioritetdir:
“Təəssüf ki, bir çox hallarda məşqçilər federasiyaları tanımır. Bununla mübarizə aparırıq”.
Gənclər və idman naziri vurğulayıb ki, idmançılar, məşqçilər və hakimlərlə bağlı yeni sistemin istifadəyə verilməsi yönündə işlər aparılır:
“İnsanlar artıq bir yerdən daxil olaraq, həm idmançılar, həm məşqçilər, həm də hakimlər haqda məlumat əldə edə biləcəklər. Həmin sistemə məlumatları əlavə etmək bir az vaxt tələb edir”.
Qeyd edək ki, məşq zamanı azyaşlının ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində həbs olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:53 / 04.05.2023
Nazir 7 yaşlı Fəridin ölümündən DANIŞDI
Hazırda oxunan: Nazir 7 yaşlı Fəridin ölümündən DANIŞDI
Hazırda oxunan: Nazir 7 yaşlı Fəridin ölümündən DANIŞDI
134285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.