“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Laçın dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) siyahıya daxil edilib.
Bundan əvvəl Azərbaycan Ermənistanla sərhəddə iki keçid məntəqəsini müəyyən edilib:
Eyvazlı keçid məntəqəsi (Qubadlı rayonu) və Qazançı keçid məntəqəsi (Zəngilan rayonu).
Bizim.Media