Qələmə aldığım hadisə 1970-ci ilin sentyabr ayında, Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyi münasibətilə SSRİ rəhbəri Leonid İliç Brejnevin 30 sentyabr tarixində Bakıya gəlməsi vaxtı baş vermişdi. (1970-ci ilin 22 aprel tarixində Leninin 100 illiyi SSRİ səviyyəsində qeyd olunduğundan, 28 aprel tədbirləri”“ sentyabr ayına keçirilmişdi.) Bizi ”“ Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinin 3-cü və 4-cü kurs tələbələrinin bir hissəsini - cəmi 160 nəfər - indiki "Azadlıq" meydanında təntənəli tədbir vaxtı hər sırada 10 nəfər olmaqla SSRİ-nin və 15 müttəfiq respublikanın dövlət bayraqlarını nümayiş etdirmək üçün cəlb etmişdilər. Həmin gün bir neçə dəfə meydanda ”“ dəniz vağzalından “Azərbaycan”x9d mehmanxanasına kimi ”“ sıra hərəkətlərini yerinə yetirdik, sonda isə sabahkı nümayişinin tam sınağı keçirildi. Biz tələbələrə əvvəlcədən deyilmişdi ki, bayraqları Lenin adına APİ-nin indiki Zərifə xanım Əliyeva prospektində yerləşən korpusunun giriş qapısında təhvil verib, səhərisi gün qəbul etməliyik. Deyilən yerə yaxınlaşıb, mən də, hamı kimi, bayrağı institutun əməkdaşlarına təhvil verdim. Arxaya dönüb, tanış tələbələri vizual olaraq axtararkən, gözüm giriş qapısından bir qədər aralıda, təxminən, 2.5 metr yüksəklikdə, 0.6 metr x 5 metr uzunluğunda qırmızı parçada yazılmış şüarın korpusun pəncərələrinin metal barmaqlıqlarına bağlandığını gördüm - şüar .... erməni dilində idi. Bu, Azərbaycanda dövlət dilinin qarantı olan Azərbaycan SSR Konstitusiyasının xuliqancasına pozulması demək idi. Erməni dilində bu şüarı Azərbaycan SSR-in 50 illiyi münasibətilə ölkəyə gəlmiş coxsaylı qonaqların qarşısında nümayış etdirən ermənilər, sanki, “sız azərbaycanlılar heç nəsiniz”x9d ”“demək istəyirdilər. Məsələ ondadır ki, şüarın bağlandığı yer, adi yer deyildi. Həmin yerdən üzbəüz 100-120- metr aralı Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin binası, üzbəüz yolun əks tərəfində isə, “Dinamo”x9d idman cəmiyyəti yerləşirdi. O vaxtkı şaiyələrə görə, “Dinamo”x9dnun binasında L.İ. Brejnevin cangüdənləri - SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin zabitləri qərargah salmışdılar.
Başqa sözlə, ermənilər güman edirdilər ki, erməni dilində yazılmış şüar yaxşıca “qorunur”x9d və qorxudan heç bir azərbaycanlı bu şüara yaxın gələ bilməz ! Mən qərara gəldim ki, bu şüar, orada nə yazıldığından asılı olmayaraq( mən erməni dilini bilmirəm), Azərbaycanın paytaxtı Bakıda erməni dilində yazıldığı üçün, ləğv edilməlidir. Bir neçə saat şəhərdə gəzdikdən sonra, saat 18 radələrində həmin yerə yaxınlaşdım və gördüm ki, şüar öz yerindədir. Çox çətinliklə, 5-6 cəhddən sonra, binanın kürsüsünə çıxıb( kürsü çox ensiz, maili yuvarlaq olduğundan, orada
dayanmaq mümkün deyildi), həm DTK-nın qarşısındakı mülkü geyimli şəxslərin, həm də “Dinamo”x9dnun pəncərələrindəm baxanların nəzərləri altında şüarı qopartdım, qoltuğuma vurub, dəniz kənarına getdim. Şüarı dənizə atıb, suya batdığına əmin olduqdan sonra, dönüb evə getdım. ( Düzdür, dönəndə gördüm ki, məndən 10 metr aralı bir nəfər slavyan görünüşlü mülkü geyimli şəxs mənə çox qəzəbli baxır. Mən onun arxamca gəldiyindən xəbərsiz idim. Amma, təəccüb etmədim. Nə isə, bu başqa məsələnin mövzusudur). Mənə elə gəlir ki, indiki dövrdə bu tipli hadısələri milli örnək kimi təbliğ etmək məqsədəmüvafiq olardı.
Əşrəf Həsənov
Təqaüddə olan dövlət qulluqçusu



































































































