Qubada kəndə canavar hücumu ilə bağlı rəsmi AÇIQLAMA - FOTO/YENİLƏNİB 

Hazırda oxunan: Qubada kəndə canavar hücumu ilə bağlı rəsmi AÇIQLAMA - FOTO/YENİLƏNİB 

134181

Quba İcra Hakimiyyətinin başçısının Güləzi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Səbuhi Cəfərov Aydınkənd kəndinin sakini Vasif Tarverdiyevin şəxsi təsərrüfatına vəhşi heyvanın hücumunu təsdiqləyib. 

S. Cəfərov Bizim.Media-nın yerli bürosun bildirib ki, Vasif Tarverdiyevə məxsus 21  baş qoyun ona Dövlət Məşğulluq Xidmətindən verilib. 

Bildirilib ki, canavar həmin qoyunlardan 10 başını öldürüb, 8 başını yaralayıb. Cəmi 3 baş qoyun salamat qalıb.

*** 20:09

Hadisə Güləzi İnzibati Ərazi Dairəsinin Aydınkənd kəndində qeydə alınıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, kənd sakini Vasif Tarverdiiyevin şəxsi təsərrüfatına soxulan canavarlar onun 20 baş xırdabuynuzlu heyvanını parçalayıb, qoyunların 10 başı yerindəcə tələf olub. 

Vətəndaşa bu səbəbdən külli  miqdarda ziyan fəydiyi bildirilir. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin