Göyçayda kümçülər barama tədarükünə başlayıblar.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, baramaçılıq rayonda ənənəvi təsərrüfat sahələrindəndir.
Barama yetişdirilməsi ilə əlaqədar göyçaylı kümçülərə 250 qutu (5000 qram) ipəkqurdu toxumu gətirilərək paylanılıb.Hazırda 87 kümçü tərəfindən ipəkqurduların bəslənməsi davam edir.
Bu mövsümdə Göyçay rayonunda yaş barama istehsalının 10 tona çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən il 67 nəfər kümçü tərəfindən 180 qutu ipəkqurdu bəslənilib və nəticədə 4537 kiloqram barama istehsal edilib.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:16 / 03.05.2023
Göyçayda barama tədarükünə BAŞLANILDI - FOTO
Hazırda oxunan: Göyçayda barama tədarükünə BAŞLANILDI - FOTO
Hazırda oxunan: Göyçayda barama tədarükünə BAŞLANILDI - FOTO
134170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.