Tərtər rayonunda 2007-ci il təvəllüdlü qızın qaçırılması ilə əlaqədar yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Tərtərdə evlənmək istəyən şagirdlər qoşulub qaçdı - ÖZƏL
Qeyd edilib ki, həmin şəxs barəsində digər xüsusatlar üzrə barəsində müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu