Bir müddət əvvəl ölkəmizdə diplomatik fəaliyyətə başlayan səfir Vada Cüniçinin bölgələrdən ilk olaraq Şəki-Zaqatala iqtisadi rayonlarını seçməsi heç də təsadüfi deyil.
Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, gündoğar ölkə hökuməti Oğuz rayonunda bir çox sahələr üzrə, xüsusən də məktəb, uşaq bağçası və kəndlərin içməli su təminatı layihələrində yaxından iştirak edib.
Bu faydalı əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi gözlənilir. Yaponiya Hökumətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Vada Cüniçi Oğuz rayonuna səfəri çərçivəsində icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovla görüşüb. Həmçinin rayonda fəaliyyət göstərən “Qlükoza və Qarğıdalı Emalı Zavodu” və Oğuz şəhəri ilə tanış olub.
Tural Rasim oğlu, Bizim, Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:36 / 03.05.2023
Yaponiya səfiri Oğuzda – FOTO
Hazırda oxunan: Yaponiya səfiri Oğuzda – FOTO
Hazırda oxunan: Yaponiya səfiri Oğuzda – FOTO
134140
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.