7 yaşlı uşağın ölümü ilə bağlı yeni DETALLAR - VİDEO

Hazırda oxunan: 7 yaşlı uşağın ölümü ilə bağlı yeni DETALLAR - VİDEO

134044

Sumqayıtda idman zalında məşq zamanı 7 yaşlı uşağın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media xəbər verir ki, 19 saylı məktəbin idman zalında məşq edərkən halı pisləşən, daha sonra dünyasını dəyişən 7 yaşlı Fərid Bakarovun babası Ələsgər Məlikov yeni məqamları açıqlayıb.

Onun sözlərinə görə hadisə  baş  verən gün Fərid Bakarovun anası zalın kənarında gözləyirmiş.

Məşq qurtarandan sonra isə uşağın halı pisləşib.  Dərhal azyaşlı evinə gətirilib. Anası evdə onun bədənində xəsarətlər olduğunu görüb və uşaq dərhal xəstəxanaya aparılıb.

Azyaşlının valideynləri bir müddət əvvəl boşanıblar. Ona görə də, uşaq anası ilə birgə babasıgildə qalırmış. Ata isə hadisədən sonra xəbər tutub.

İdman zalı isə məşqçiyə kirayə verilibmiş.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir.

Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqcisi kimi fəaliyyətinə imkan yaradılıb.

Bu arada idman zalında azyaşlının öülümündə şübhəli bilinərək saxlanılan Mehman Xəlilov barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Cüdo Fedarasiyasının açıqlamasında isə qeyd olunur ki, Mehman Xəlilova məşqçi kimi fəaliyyət göstərməsi üçün hər hansı bir lisenziya verilməyib.

Xatırladaq ki, hadisə H.Z. Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. Azyaşlı Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin