Şimal-Qərb bölgəsində dağlara QAR YAĞIB 

Hazırda oxunan: Şimal-Qərb bölgəsində dağlara QAR YAĞIB 

134035

Şimal-Qərb bölgəsində yağışlı hava şəraiti davam edir, dağlarda qar çoxalıb. Aprelin 29-u axşamdan başlayan qeyri-sabit hava şəraiti Şəki-Zaqatala rayonlarında bu gecə fasiləsiz yağışlarla müşayiət olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gecə saatlarından başlayan yaz yağışları bu saatlarda da davam etməkdədir.

Mənbəyini Böyük Qafqaz dağlarından götürən bölgənin çaylarında xüsusən Kiş, Şin, Kürmük, Əlican, Muxax çaylarında sululuq iki dəfədən çox artıb. Sabit və sakit yağan yağışlara rəğmən çaylarda heç bir təhlükə qeydə alınmayıb. Qeyri-sabit hava şəraitinin hökm sürməsi, axşamlar temperaturun aşağı enməsi Böyük Qafqazın yamaclarına kimi qar yağması ilə nəticələnib.

Şəki regional Hava Məlumat M ərkəzindən Bizim.Media-ya bildirilib ki, yağışlı hava şəraiti fasilələrlə sabaha kimi davam edəcək. Kənd təsərrüfatı ilə məşğul olan fermerlər bildirirlər ki, dağlarda qar ehtiyatının artması gələcəkdə bölgə sakinlərinin içməli su təminatı üçün müsbət hal olsa da, temperaturun düşməsi meyvəçiliyə bir o qədər də yaxşı təsiri olmayacaq. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin