Xəbər verdiyimiz kimi, Sumqayıtda Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilovun onunla kobud davranışı nəticəsində dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, məşqçi M.Xəlilov hadisədən sonra saxlanılıb.
Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hazırda M.Xəlilovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
Dünyasını dəyişən Fərid Bakarovun sosial şəbəkələrdə fotosu yayılıb. Həmin fotonu təqdim edirik.
Bizim.Media