Ağdaşda qadın qardaşını öldürdü

Hazırda oxunan: Ağdaşda qadın qardaşını öldürdü

13397

Xəbər verildiyi kimi, 12 noyabr 2020-ci il tarixdə saat 14 radələrində Ağdaş rayonu, Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun çoxsaylı bıçaq xəsarətləri yetirilərək qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ağdaş rayon prokurorluğu yayıb.
Mənbə bildirir ki, istintaqla zərərçəkmişin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ülkər Ələkbərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin