Uşaq xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra ölüb – Ana DƏHŞƏTLƏRİ AÇIQLADI – VİDEO 

Hazırda oxunan: Uşaq xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra ölüb – Ana DƏHŞƏTLƏRİ AÇIQLADI – VİDEO 

133948

“Oğlum dörd ay idi ki, bu müəllimin yanına məşqə gedirdi. Uşağım kişi kimi idi, onun yanında baş kəssən də bir kəlmə də gəlib deməzdi. O deyirdi ki, ana əsgər olacağam. Deyirdi ki, əsgər gedib şəhid olacağam (ağlayır – red.)”. 

Bizim.Media xəbər verir ki, bu sözləri döyülərək öldürülən 7 yaşlı Fərid Bakarovun anası Aynurə Bakarova “Ümid ilə gəl” ictimai-sosial verilişində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Döyülərək öldürülən 7 yaşlı uşağın babası: “Uşağın içalatı yoxdur, qırılıb hər şeyi, beyni dağılıb” – VİDEO 


Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) “29 aprel tarixini yada salaq. Övladınızı məşqçisi Mehman evinizə gətirmişdi?” sualına Aynurə xanımın cavabı belə olub: 

“Məsciddə idim. Övladımı heç zaman məşqə tək buraxmamışam. Üçün yarısında məşqə gedib, beşdə də onu oradan götürüb evə gətirirdim. Müəllim həmin gün özündə deyildi. Əsəbi halda mənə dedi ki, çıxın çöldə gözləyin, sən uşağını qız kimi böyüdürsən. Düşdüm pilləkənlərin altında uşağımı gözlədim. Eşitdim ki, yuxarıdan səs-küy gəlir.

Məşqçi müəllim aqressiv şəkildə qışqırırdı. Dözə bilmədim. Getdim gördüm ki, uşağım altını batırıb. Yəni, uşağım buna dözə bilməyib. Özümlə övladım üçün şalvar götürmüşdüm. Tez şalvarını dəyişdim ki, o, digər uşaqların yanında pərt olmasın. 

Fərid çox mərd idi. Uşaqlara da tapşırdım ki, ona baxıb gülməyin. Övladımın şalvarını dəyişəndən sonra məşqçi mənə dedi ki, tez çölə çıx, qız kimi onu böyütmə. Amma uşağım artıq halsız vəziyyətdə idi. Sual verdim ki, uşaq niyə belə yorğundur? Məşqçi dedi ki, Fəridlə “cross” qaçmışıq. Ona görə halsızdır. 
Övladımı əlimə alanda, o, ət kimi idi. Uşaq da qorxudan gözümün içinə baxıb deyir ki, mənə heç nə olmayıb. Danışa da bilmirdi. Məşqçi uşağıma deyirdi ki, sənə nəsə eləmişəm? O da qorxaraq, yox deyirdi”.

Uşağın valideyni bildirib ki, övladı xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra vəfat edib: 
 
“Evimiz qəsəbədə yerləşir. Təcili yardım gələnə kimi gec olur. Təcili şəkildə taksi sifariş etdik. Amma məşqçi nəsə etməyə imkan vermirdi. Bacımla telefonla danışırdım. O, əlimdən telefonu alıb bacıma dedi ki, “Sənin bacın “şüvənlik” edir. Heç nə olmayıb, uşaq yaxşıdır”.

İmkan vermirdi nəsə etməyə. Deyirdi ki, mənə pis olacaq. Uşağım 40 dəqiqə ərzində xəstəxanada dünyasını dəyişdi. Daxili orqanlarının “uzi”dən keçirdilər. Uşağım reaksiya verməyib. Qulaqları göm-göy idi, ayağının sağ tərəfində isə təpik izi vardı”. 
Xatırladaq ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. O, Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin