Hərbçilərin kreditləri necə silinəcək? -AÇIQLAMA

Hazırda oxunan: Hərbçilərin kreditləri necə silinəcək? -AÇIQLAMA

1339

Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş və ya yaralanmış hərbçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar qərar qəbul edib.

Bəs, qərara əsasən hərbiçilərin kreditləri hansı qayda ilə silinəcək?

Azərbaycan Banklar Asossiasiyasının  icraçı direktoru Yunus Abdulov Bizim.Media-ya bildirib ki, düşmən təxribatı nəticəsində zərər dəymiş krediti olan vətəndaşlar,  şəhid olmuş və ya yaralanmış hərbçi ailələri banka müraciət etməlidir:

“Həmin şəxs və ya ailəsinin müraciəti əsasında araşdırma aparılacaq və ya  vətəndaşın özünün bankda olan şəxsi məlumatları əsasında ona müraciət ediləcək. Müraciət təsdiqləndikdən sonra onun adında olan bank borcu silinəcək”.

Prosesin gedişatına necə  nəzarət ediləcək? sualına cavab olaraq icraçı direktor əlavə edib ki, qərar yeni verilib. Banklardan məlumat daxil olduqca biz də həmin bilgiləri Mərkəzi Banka ötürəcəyik.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin