ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bizim.Media xəbər verir ki, konfransda ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edib.
Həmçinin konfransda ABŞ dövlət katibinin sabiq köməkçisinin müavini, Özbəkistanın Ali Məclisi Senatı sədrinin keçmiş birinci müavini və digər qonaqlar iştirak ediblər.
Səkinə Yusibli, Bizim.Media