Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutununxa0Beynəlxalq əlaqələr şöbəsinin müdirixa0Zöhrə Əliyevaxa0mədəni və elmi əlaqələrin inkişafındakı xidmətlərinə görə Fransanın Respublikasının nüfuzlu “Akademik Palmalar”x9d (Kavaler dərəcəsi)”x9d ordeni ilə təltif olunub. Mərasim cari ilin aprel ayında Fransanın Azərbaycandakı səfirliyində baş tutub.
Moderator.az akademiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, İctimai Elmlər Bölməsininxa0akademik-katibi v.i.e., AMEA-nınxa0 müxbir üzvü Nərgiz Axundovaxa0da iştirak edib.
Qeyd edək ki, “Akademik Palmalar”x9d ordeninin 200-dən çox yaşı var. Bu mükafat 1808-ci ildə imperator I Napoleon Bonapartın göstərişi ilə Paris universitetləri və bəzi liseylərin akademik və professorları üçün təsis edilib. Hazırda “Akademik Palmalar”x9d ordeni ilə həm müəllimlər və təhsil ictimaiyyətinin üzvləri, həm də tədris işinə aidiyyati olmayan, lakin təhsilə sanballı töhfələr vermiş şəxslər, habelə Fransanın hüdudlarından kənarda yaşayan, Fransa mədəniyyətinin digər ölkələrdə təbliğində yüksək fəallıq nümayiş etdirən dövlətlərin vətəndaşları da təltif oluna bilər.
xa0
Elmin Nuri



































































































