Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.
DTX-dən Bizim.Media-ya verilən xəbərə görə, yürüş iştirakçıları relyef və iqlim şəraitinin sərt və mürəkkəb olmasına baxmayaraq, müəyyən olunmuş yerə vaxtında çatıb, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.
Onlar Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin adı və emblemi olan plakatı, həmçinin işğaldan azad olunmuş ərazilərdəki təbii yataqlardan götürülən qaya parçasından hazırlanmış və üzərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü əks etdirən xatirə daş lövhəsini zirvəyə yerləşdiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:40 / 02.05.2023
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil edib
Hazırda oxunan: DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil edib
Hazırda oxunan: DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil edib
133846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.