Oğuz rayonunun Bayan kəndində yerləşən çayxanalardan birində bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polus kapitanı Mahir Mənsimova istinadən bildirir ki, 66 yaşlı Bayan kənd sakini Bəxtiyar Həsrətov boyun nahiyəsindən bıçaq xəsarətləri alıb.
O, yaxınları tərəfindən Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Pasiyentə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Polis kapitanı Mahir Məsimov onu da əlavə edib ki, hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Bayan kənd sakini Rəşad Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır. Bıçaqlanma epizodu isə məhkəmə ekspertizası ilə müəyyən olunacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu