Sakinlər hektarlarla yerin zəbt olunduğunu, İcra Hakimiyyəti isə bina tikiləcəyini deyir - VİDEO

Hazırda oxunan: Sakinlər hektarlarla yerin zəbt olunduğunu, İcra Hakimiyyəti isə bina tikiləcəyini deyir - VİDEO

133833

Suraxanı rayonunun Zığ qəsəbəsindəki bu yer hasara alınıb, ərazidə tikinti işləri sürətləndirilib. 

Bizim.Media xəbər verir ki, qəsəbə sakinləri illərdir heyvanlarının örüş yeri kimi istifadə olunduğu 37 hektar torpaq sahəsinin qanunsuz zəbt olunduğunu iddia edirlər. 

Onların sözlərinə görə, sənəddə örüş yeri kimi qeyd olunan ərazidə hansısa tikinti şirkəti tərəfindən 11-mərtəbədən ibarət 3 yaşayış binası tikilir. 

Sakinər iddia edir ki, illərdir örüş yeri istifadə etdikləri ərazinin zəbt olunması ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də bir nəticə hasil olmayıb. 

“Suraxanı Rayon İcra Nümayəndəliyi də, Zığ bələdiyyəsi də sakinlərin şikayətindən xəbərdar olduqlarını bildiriblər.” 

Suraxanı Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Ramin Salmanlı zəbt edildiyi iddia olunan ərazidə əslində sürüşmədən əziyyət çəkən vətəndaşlar üçün binaların tikildiyini açıqlayıb. 

İcra hakimiyyəti rəsmisinin dediyinə görə, ərazidə tikilən binalar istifadəyə verildikdən sonra sürüşmədən əziyyət çəkən 245 ailə həmin binalara yerləşdiriləcək. 

Bundan başqa Dövlət Neft Şirkətinin razılığı ilə tikinti işlərini aparmaq üçün torpağın sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı sənədləşmə işləri də aparılır. 

Ramin Salmanlı ərazidə yaşayan sakinlərin örüş yeri kimi isə Zığ yamacından istifadə edə biləcəyini də bildirib. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin