"Laçın" sərhəd-buraxılış məntəqəsindən sərbəst keçid təmin olunub - FOTO 

Hazırda oxunan: "Laçın" sərhəd-buraxılış məntəqəsindən sərbəst keçid təmin olunub - FOTO 

133807

Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən insanların və avtomobillərin sərbəst keçid təmin olunub. 

Bizim.Media xəbər verir ki, nəzarət-buraxılış məntəqəsində xidmətlə bağlı yayılan kadrlardan göründüyü kimi, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq, nizam-intizamla və nəzakətli şəkildə təşkil edilir. 

Azərbaycan sərhədçiləri vəzifələrinin icrasında yüksək peşəkarlıq nümayiş etdirirlər. 

Beləliklə, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinə qarşı “etnik təmizləmə” və Laçın yolunun “blokada”sı ilə bağlı iddiaları növbəti yalan təbliğatdan başqa bir şey deyil. 

Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsində təhlükəsizliyə və hərəkətə nəzarət tam təmin edilib, insanların qayda-qanun çərçivəsində sərhədi keçməsi ilə bağlı heç bir problem müşahidə olunmur. 
Bu, bir daha göstərir ki, Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratmasının məqsədi heç də Ermənistan tərəfinin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə, Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etmək, ölkəmizin ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin