5 saat müddətində Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb

Hazırda oxunan: 5 saat müddətində Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb

1338

“Saat 08:00-dan 13:00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarının ərazisinə 100-dən çox top mərmisi atılıb, mülki vətəndaşlar hədəf alınıb”

Bizim.Media-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Bu, Ermənistanın humanitar atəşkəslə bağlı öhdəliklərini necə yerinə yetirdiyini göstərir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”, - deyə Prezidentin köməkçisi əlavə edib.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin