Vətən müharibəsindən sonra 55 nəfər mina qurbanı olub - RƏSMİ 

Hazırda oxunan: Vətən müharibəsindən sonra 55 nəfər mina qurbanı olub - RƏSMİ 

133792

Vətən müharibəsindən sonra 55 nəfər ermənilərin basdırdığı minaya düşərək həlak olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Cəbrayıl rayon prokurorluğunun yaydığı məlumatda bildirilib. 

“2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin