AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, dosent Aysel Qəribli Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 5710.01- Türk dilləri ixtisası üzrə filologiya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.
Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, bununla Aysel Qəribli gənc yaşında Azərbaycanda elmlər doktoru elmi dərəcəsinə layiq görülən alimlərin sırasına qatılmış olub.
Qeyd edək ki, Aysel Qəribli Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Nizami Cəfərovun qızıdır.
Xatırladaq ki, Qəribli Aysel Nizami qızı 6 mart 1990-cı ildə anadan olub. 2007-ci ildə orta məktəbi bitirib, 2007-2012 ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr pilləsində təhsil alıb.
2012-2014-cü illərdə Azərbaycan Dillər Universitetində Filologiya fakültəsində magistr pilləsini oxuyub, bitirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:30 / 01.05.2023
Nizami Cəfərovun qızı 33 yaşında ən gənc elmlər doktoru oldu — FOTO
Hazırda oxunan: Nizami Cəfərovun qızı 33 yaşında ən gənc elmlər doktoru oldu — FOTO
Hazırda oxunan: Nizami Cəfərovun qızı 33 yaşında ən gənc elmlər doktoru oldu — FOTO
133779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.