Dağlıq Qarabağda rus sülhməramlıları üçün daha dörd blok-modul şəhərciyi tikilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyanın 50 sülhməramlı hərbçisi Ağdərədə təlim keçib - FOTO
Yeni şəhərçiklər Xankəndi və Xocavənddə istifadəyə verilib. Beləliklə, bu günə qədər sülhməramlı kontingentin hərbi heyəti üçün səkkiz şəhərcik inşa edilib.
"Modul şəhərciklərin inşası şəxsi heyət üçün rahat yaşayış şəraiti yaratmağa imkan verir. Blok- modul şəhərcikləri bütün lazımi sistemlərlə yaşayış yeri mebel və məişət texnikası ilə təchiz edilib", - deyə məlumatda qeyd olunub.
Bizim.Media