Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Artıq iki gündür ki, yağış və dolu müşahidə olunur. Nəticədə kənd təsərrüfatına ziyan dəyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aprelin 29-u axşamdan Balakən rayonundan başlayan qeyri-sabit hava şəraiti bu gecə səhərə kimi davam edib. Həmin axşam Balakənin əsasən Qabaqçöl qəsəbəsinə daxil olan yaşayış məntəqələrinə və əkin sahələrinə qasırğa ilə müşayət olunan yağış və qısamüddətli dolu yağıb. Bu zaman istixanalara və taxıl zəmilərinə ziyan dəyib.
Dünən isə günün ikinci yarsından başlayaraq Zaqatalanın Danaçı, Makov həmçinin Muxax və Qımır kəndlərində leysan yağışları sonradan dolu ilə əvəzlənib. Bu zaman fərdi və fermer təsərrüfatlarına, meyvə ağaclarına, istixanalara və əkin sahələrinə ziyan dəyib.
Qeyri-sabit hava Şəkinin Qoxmuq, Qudula və Dəhnə kəndlərində də özünü biruzə verib. Yağış və doludan sonra qısa müddətli sel müşahidə olunub. Buğda zəmilərində fəsadlar yaranıb.
Bölgə rayonlarında gecə saatlarında da fasilələrlə yağış yağıb, lakin ciddi problemlər qeydə alınmayıb.
Rayon Fövqəladə Hallar Komissiyasından Bizim.Media-nın yerli bürosuna bildirilib ki, elektrik enerjisinin verilməsi bəzi hallarda kəsilsə də sonradan bərpa olunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:48 / 01.05.2023
Şimal-Qərb bölgəsində YAĞIŞIN FƏSADLARI
Hazırda oxunan: Şimal-Qərb bölgəsində YAĞIŞIN FƏSADLARI
Hazırda oxunan: Şimal-Qərb bölgəsində YAĞIŞIN FƏSADLARI
133646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.