Tərtərdə sel sularının qarşısı necə alınır? - FOTO

Hazırda oxunan: Tərtərdə sel sularının qarşısı necə alınır? - FOTO

133641

“Tərtər rayonunun Dəmirçilər kəndini sel sularından azad etməklə yanaşı, yarana biləcək daha böyük ziyanın qarşısını almağa çalışırıq”.

Bu fikirləri Bizim.Media-nın Qarabağ bürosuna Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sözcüsü Dilqəm Şərifov deyib. 

O, bildirib ki,  respublikanın bir çox rayonlarına dolu və leysan yağsa da ən ciddi fəsad Tərtərdə qeydə alınıb:  

"Qeyri- sabit hava şəraiti ölkənin bir çox rayonunda  hökm sürür. Leysan yağışın yağması,  dolunun düşməsi nəticəsində əhaliyə ciddi ziyan dəyib. Şəki rayonuna  dolu yağsa da,  təsərrüfata ziyan dəyməyib. Goranboy və Tərtər rayonlarına isə sel gəlib. Goranboy rayonunda sel sularının  gəlməsi yollara və avtomobillərə ziyan vurub. Tərtərdə isə daha böyük fəsadlar törədib. Rayonun Dəmirçilər kəndində fərdi evlərə və təssərrüfat sahələri su altında qalıb. Hazırda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli istismar idarələrinin texnikaları kəndin sel sularından azad olması üçün ciddi iş rejimində çalışır. Sel sularının qarşısı alınır, bəzi yerlərdə məcrası dəyişdirilərək sel arxlara yönləndirilir. Hazırda əhaliyə dəyən ziyanın miqdarı bərədə heç nə deyə bilmərəm. Çünki hazırkı  vəziyyətdə sel sularının qarşısını almaq istiqamətində işlər görülür. Daha böyük sel sularının gəlmə ehtimalını düşünərək, işçi qrupu  bəndlər qurur”.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin